Kemeron vəzifəsindən istefa verdi - VİDEO

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir çıxışı zamanı istefa verəcəyini bəyan edib. Kemeron referendumun nəticələrinə uyğun olaraq Britaniya xalqının qərarını yerinə yetirəcəyini bildirib.
O, həmçinin bəyan edib ki, ölkənin Avropa İttifaqından çıxması barədə danışıqları yeni Baş nazir həyata keçirməlidir. Kemeron ölkəsini sevdiyini, Britaniya xalqına xidmət etdiyinə görə fəxr etdiyini vurğulayıb.
Qeyd edək ki, Böyük Britaniyada keçirilən referendumun yekun nəticələri elan edilib. Yekun nəticələrə əsasən, `Brexit`in lehinə 51,9 faiz səs verilib.
“Avropa İttifaqından çıxmağın lehinə 17 milyon 410 min 742 seçici səs verib. İttifaqın tərkibində qalmağın lehinə isə 16 milyon 141 min 241 səs verilib”, - rəsmi məlumatda qeyd edilib.
Eldar Tanrıverdiyev
AzVision.az