Şotlandiya və İrlandiya da ayrılır - Britaniya parçalanır

“Şotlandiya aydın şəkildə göstərdi ki, öz gələcəyini Aİ-də görür. Şotlandiya öz sözünü qəti şəkildə dedi”, - deyə Sterdcen bildirib.
Qeyd edək ki, Şotlandiyada referendumda iştirak edənlərin 62 faizi ölkənin Aİ-də qalmasının lehinə, 32 faizi isə əleyhinə səs verib.
Şimali İrlandiyada da ölkənin Böyük Britaniyanın tərkibindən çıxması üçün referendum keçirilməsi təklif edilib. Ölkənin ən böyük millətçi partiyası “Şinn Feyn”in sədri Deklan Kirni “Böyük Britaniyanın Avropa İttifaqından çıxması bizim İrlandiya ilə birləşməyimizlə bağlı referendum keçirilməsi üçün əsas olacaq”.
Siyasətçi vurğulayıb ki, referendumun nəticələri Britaniya hökumətini Şimali İrlandiyanın maraqlarını təmsil etmək hüququndan məhrum edir. Onun sözlərinə görə, Şimali İrlandiya vətəndaşları Britaniyanın Aİ-nin tərkibində qalmasının tərəfdarı idi.
Xatırladaq ki, Şotlandiya və Şimali İrlandiya Böyük Britaniya krallığına üzv ölkələrdir.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: