`ABŞ Qarabağın həlli ilə bağlı öhdəliklərə sadiqdir`

`ABŞ Qarabağın həlli ilə bağlı öhdəliklərə sadiqdir`
  24 İyun 2016    Oxunub:2247
"ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tərəflərlə işləməyə sadiq qalır".
AzVision.az-ın məlumatına görə, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricit Brink keçirdiyi brifinqdə deyib.

ABŞ rəsmisi qeyd edib ki, münaqişə yalnız sülh yolu ilə həll olunmalıdır: "Biz münaqişənin dinc, davamlı və tam həllini dəstəkləyirik".

Xanım diplomat, prezidentlərin Vyana görüşündən sonra prosesin inkişaf edəcəyinə ümid etdiyini bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti