Minsk qrupu Bakı və İrəvana çağırış etdi
Bəyanatda qeyd olunur ki, münaqişə tərəfləri – Azərbaycan və Ermənistan mayın 16-da Vyanada və iyunun 20-də isə Sankt-Peterburqda keçirilən görüşlərin nəticələri ilə bağlı yayılan birgə bəyanatdakı razılaşmalara hörmət etməlidir.
`Biz Azərbaycanı və Ermənistanı ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin missiyasını genişləndirmək üçün mövcud olan bütün maneələri aradan qaldırmağa çağırırıq. Həmçinin substantiv danışıqlarda irəliləyişə nail olmağa və ATƏT-in araşdırma mexanizminin yaradılmasına dair təklifə çağırırıq. Biz prezidentlərin son iki görüşünün nəticələrinin irəliləyişi üçün tərəflərlə əməkdaşlığımızı davam etdirəcəyik`, - deyə bəyanatda bildirilir.
Qeyd edək ki, mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü keçirilib.
AzVision.az