Papa qondarma `soyqırım` abidəsini ziyarət edib

Papa qondarma `soyqırım` abidəsini ziyarət edib
  25 İyun 2016    Oxunub:3005
Bu gün səhər saatlarında Roma Papası Fransisk bütün ermənilərin katolikosu II Qaragen və prezident Serj Sarkisyanın müşayiəti ilə qondarma “erməni soyqırım” abidəsini ziyarət edib.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, ziyarətin sonunda Papa muzeyin xatirə kitabına qeydlər edib.

Muzey direktoru Ayk Demoyan “tert.am”-a müsahibəsində bildirib ki, Papa xatirə kitabında bu sözləri yazıb: “Mənim üçün burada, Çiçernakaberd kompleksində olmağım olduqca həyəcanvericidir. Hesab edirəm ki, xeyir sonda şər üzərində qələbə çalacaq və baş verənlərin tarixinin saxlanılması ola bilsin ki, gələcəkdə bu cür cinayətlərin qarşını almağa kömək etsin”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti