Kreml: Ərdoğan Putindən üzr istədi

Kreml: Ərdoğan Putindən üzr istədi
  27 İyun 2016    Oxunub:9440
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Su-24 qırıcısının vurulmasına görə rusiyalı həmkarı Vladimir Putindən üzr istəyib.

AzVision.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Türkiyə prezidenti bununla bağlı Putinə məktub ünvünlayıb. Peskov vurğulayıb ki, Ərdoğan məktubunda “üzr istəyirəm” ifadəsindən istifadə edib.

Türkiyə prezidenti bildirib ki, rəsmi Ankara Moskva ilə münasibətləri korlamaq istəmir. Ərdoğanın məktubunda o da vurğulanıb ki, Türkiyə “Su-24” təyyarəsinin həlak olmuş pilotuna görə, onun ailəsinə istənilən maddi və mənəvi zərəri ödəməyə hazırdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti