Qarabağ münaqişəsi ATƏT-də müzakirəyə çıxarılır

Qarabağ münaqişəsi ATƏT-də müzakirəyə çıxarılır
  28 İyun 2016    Oxunub:2305
Bu gün ATƏT-in Vyanadakı mənzil qərargahında təhlükəsizlik sahəsində problemlərin icmalı üzrə illik konfrans başlayır.

Konfransın bir sessiyası ATƏT məkanındakı münaqişəli vəziyyətlər və onların regionda təhlükəsizliyə təsirinə həsr olunacaq. Ən problemli ocaqlar arasında ayrıca sessiyanın həsr olunduğu Ukrayna ilə yanaşı, Dağlıq Qarabağ və Dnestryanını da var.

Rusiyanın ATƏT yanında daimi nümayəndəsi Aleksandr Lukaşeviç TASS-a bildirib ki, bu mövzularla əlaqədar "hələlik öyünməli heç nə yoxdur".

Bununla yanaşı ATƏT Vyana və Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin müzakirələrindən sonra nəzərə çarpan "ehtiyatlı müsbət trend"in olduğunu da qeyd edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti