Ərdoğan Putinə zəng edəcək: `Təzminat ödəməyə hazırıq`

Türkiyə Rusiyaya vurulan “Su-24” təyyarəsinə görə təzminat ödəyə bilər - deyən Binali Yıldırım bildirib ki, proses faktiki olaraq başlayıb:
“Bu gün, sabah, bəlkə də, çərşənbə, bəlkə də, cümə günü Putinlə prezident Ərdoğan arasında telefon danışığı baş tutacaq. 6 ayda baş verənləri baş verməmiş kimi qəbul edib, harada qalmışdıqsa, elə oradan yola davam edəcəyik. Gərək olarsa, təzminat verəcəyimizi, münasibətlərin normala dönməsini arzu etdiyimizi ifadə edirik. Bu, təktərəfli yox, qaraşılıqlı iradədir”.
İlkin Nəcəfzadə
AzVision.az