Rusiya Ərdoğanın barışıq təklifini dəstəklədi

Onun sözlərinə görə, məktub ölkələr arasında münasibətlərin yenidən bərpası üçün əsas rol oynaya bilər: “Gecikmiş olsa da, heç olmamasından daha yaxşıdır. Ötən müddət rəzində münasibətlərimiz bəzi neqativ mərhələlərdən keçməli oldu. İki ölkə arasında keçmiş etibar itdi. Yenə də bu məktub Rusiya və Türkiyə arasında əlaqələrinin düzəlməsi üçün təməl yarada bilər. Bunun üçün məktubu ancaq müsbət qarşılaya bilərik.
Rəcəb Tayyib Ərdoğan həyatını itirən pilotun ailəsinə başsağlığı verib, vəziyyətin düzəlməsini istədiyini, Rusiya ilə ölkəsi arasında dost münasibətlərin bərpası üçün əlindən gələni etməy hazır olduğunu bildirib”.
Qeyd edək ki, Ərdoğan Putinə göndərdiyi məktubda ötən ilin noyabr ayında Suriya ilə sərhəddə Rusiya hərbi təyyarəsinin vurulmasına görə təəssüfləndiyini deyib.
İlkin Nəcəfzadə
AzVision.az