Ərdoğan məktubunda `bağışlayın` yazıb - Peskov

Ərdoğan məktubunda `bağışlayın` yazıb - Peskov
  28 İyun 2016    Oxunub:4274
“Türkiyə prezidentinin göndərdiyi məktubda “təəssüf” və “bağışlayın” sözü də var”.
AzVision.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, Kremlin rəsmi saytında dərc edilmiş məktubdakı sitatlar türk dilinə tam uyğun gəlir: “Mən türkoloq olduğum üçün deyə bilərəm ki, orada filoloji incəliklər mövcud deyil. Dərc edilən mətni diqqətlə oxuyun, tərcümə ilə eynilik təşkil edir”.

O, əlavə edib ki, prezident Putin Türkiyə hakimiyyəti və xalqı ilə mehriban münasibətlər saxlamaq arzusunu, ikitərəfli əlaqələrin normallaşdırılması üçün yaradılmalı olan zəruri şərtlər barədə dəfələrlə bəyan edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti