Qazaxıstan BMT TŞ-nin qeyri-daimi üzvü seçildi

Qeyd edək ki, səsvermənin birinci raundunda Boliviya (Latın Amerikası ölkələri qrupu), İsveç (Qərbi Avropa ölkələri qrupu) və Efiopiya (Afrika ölkələri qrupu) 2017-2018- ci il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri seçilib.
BMT TŞ-nin daha bir qeyri-daimi üzvü səsvermənin üçüncü raundundan sonra müəyyənləşdiriləcək. Bu raundda mübarizə İtaliya və Niderland arasında (Qərbi Avropa ölkələri qrupu) gedir.
BMT TŞ-ə üzv seçilmək üçün onların hər birinə Baş Assambleya üzvlərindən ən azı 129 səs toplamaq gərəkdir.
Qeyd edək ki, bu il BMT TŞ-də yerlər aşağıdakı qruplar arasında bölünüb: Afrika ölkələri, Asia-Sakit okean, Latın Amerikası və Qərbi Avropa regionları. Şərqi Avropa ölkələri TŞ-ə qeyri-daimi üzvlüyü hələ 2017-ci ilin sonunadək davam edəcək Ukrayna ilə təmsil olunub.
Qeyd edək ki, Anqola, Venesuela, İspaniya, Malayziya, Yeni Zelandiya 2016-cı ilin dekabrın 31-dək TŞ-i tərk edəcəklər. BMT TŞ-ə 15 dövlət daxildir: 5 daimi və iki il müddətinə seçilən 10 qeyri-daimi üzv.
Hazırda TŞ-də Anqola, Venesuela, Misir, İspaniya, Malayziya, Yeni Zelandiya, Seneqal, Ukrayna, Uruqvay, Yaponiya təmsil olunub.
Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransa qurumun daimi üzvüdür.
AzVision.az
Teqlər: