Azərbaycan XİN-dən terror açıqlaması

AzVision.az xəbər verir ki, bəyanatda Azərbaycan XİN-in bu qanlı və xain terror aktlarını kəskin şəkildə lənətlədiyi vurğulanıb.
"Bu terror aktları nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik. Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə qardaş Türkiyə ilə həmrəyliyini bir daha ifadə edir", deyə bəyanatda bildirilib.
Eldar Tanrıverdiyev
AzVision.az