Ohanyan istefası haqda danışmaqdan imtina etdi

“Ermənistan müdafiə naziri heç vaxt vətən qarşısında borcunu yerinə yetirməkdən imtina etməyəcək”, - deyə Ohanyan jurnalistlərə müsahibəsində bildirib.
Uzun müddətdir ki, Ermənistan ictimaiyyəti arasında müdafiə naziri Seyran Ohanyan və Baş Qərargah rəisi Yuri Xaçaturovun istefaya göndərilməsi barədə şayiələr gəzir. Yayılan xəbərlərdə ölkə hakimiyyətinin aprel döyüşləri zamanı bu iki şəxsin fəaliyyətindən narazı qaldığını bildirilir.
Xatırladaq ki, daha əvvəl Ermənistanın “Jovohurd” qəzeti Ohanyanın vəzifəsindən qovulmaması ilə bağlı maraqlı yazı dərc edib.
Qəzet iddia edir ki, Müdafiə Nazirliyinin kluarlarında yayılan söhbətlərə əsasən aprel döyüşlərindən sonra prezident Serj Sarkisyanla nazir Seyran Ohanyan arasında gizli danışıq olub.
Danışıqlar zamanı Sarksyan Ohanyana Azərbaycan faktoruna görə, işdən çıxarılmadığını izah edib: “Sarkisyan bildirib ki, Azərbaycan faktoru nəzərə alınmaqla onu vəzifədən istefaya göndərmək lazım deyil, lakin müdafiə nazirinin ətrafı təmizlənməlidir”.
KİV qeyd edir ki, Seyran Ohanyanın istefası qarşı tərəfin əlində təbliğat vasitəsi ola bilər.
Eldar Tanrıverdiyev
AzVision.az