İstanbuldakı terrorda ölənlərin sayı 43-ə çatıb

Qeyd olunub ki, ölənlərdən yalnız 39 nəfərin kimliyi müəyyən edilib.
“Milliyet” qəzeti isə yazır ki, ölənlərdən 6 nəfərin əcnəbi olduğu dəqiqləşib. Əcnəbilərdən 4-ü Səudiyyə Ərəbistanı, 1-i Ukrayna, 1-i isə İran vətəndaşıdır.
Xatırldaq ki, bundan öncə ölənlərin sayının 36 nəfər olduğu deyilirdi.
İlkin Nəcəfzadə
AzVision.az