ATƏT sədri Qarabağdan danışdı: `Məsuliyyət daşıyırıq`

Onun sözlərinə görə, Almaniya ATƏT-də sədrliyi dövründə bu təhlükəni aradan qaldırmaq üzrə məsuliyyət daşıyır:
“Almaniyanın ATƏT-ə sədrliyi dövründə biz atəşkəs rejiminin möhkəmləndirilməsi, etimadın yaradılması və tez bir zamanda danışıqların başlanması yolu ilə belə təhlükələrin azaldılması üçün məsuliyyət daşıyırıq”.
Frank-Valter Ştaynmayer təhlükənin barışığın konsolidasiya edilməsi, etimad tədbirlərinin yaradılması və danışıqların tezliklə başlanılması yolu ilə aradan qaldırılmasını mümkün hesab edir.
Qeyd edək ki, ATƏT sədrinin bu gün Ermənistana gedəcək və orada rəsmi görüşlər keçirəcək. Daha sonra ATƏT sədri Azərbaycana gələcək.
İlkin Nəcəfzadə
AzVision.az