`Türkiyə bizə Ermənistandan da yaxın olacaq` – Jirinovski

`Türkiyə bizə Ermənistandan da yaxın olacaq` – Jirinovski
  29 İyun 2016    Oxunub:3191
"Gələcəkdə Türkiyə Rusiyaya Belarus, Ermənistan və Qırğızıstandan daha yaxın olacaq".
AzVision.az `RİA Novosti`yə istinadən xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski bildirib.

Jirnovskinin sözlərinə görə, perspektivdə Türkiyə NATO-nun üzvlüyündən çıxacaq və Şanxay Əməkdaşlıq Təşkilatı və Gömrük İttifaqının üzvü olacaq: "Rusiyaya Türkiyə ilə münasibətlər çox sərfəli olduğu kimi, Türkiyəyə də Rusiya ilə münasibətlər sərfəlidir".

Rusiyalı siyasətçi vurğulayıb ki, Rusiya-Türkiyəyə münasibətlərini tam həcmdə bərpa etmək vacibdir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti