Nalbandyan Peterburq görüşü ilə bağlı hesabat verdi

Qəzetin yaydığı məlumata görə, Ermənistan XİN rəhbəri prezidentlərin görüşü ilə bağlı deputatlara hesabat verib.
“İlkin olaraq görüşün iki saat davam edəcəyi bildirilirdi, lakin erməni deputatlar görüşə gecikib və nazirlə görüş müddəti nisbətən qısa olub. Görüş zamanı Nalbandyan deputatlara bildirib ki, Sankt-Peterburqda üçtərəfli görüş zamanı Qarabağa dair heç bir sənəd nəzərdən keçirilməyib. Ermənistan XİN rəhbəri vurğulayıb ki, prezidentlərin görüşündə yalnız təmas xəttində sabit atəşkəs rejiminin təmin olunması müzakirə olunub”.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: