`Neft gec-tez bahalaşacaq` - Obamadan proqnoz

“Hazırda neft ucuzdur, lakin bahalaşacaq. Neftin qiyməti daha da artacaq. Çünki neft məhdud təbii sərvətdir və onun hasil edilməsi bahalı proses olacaq”, - deyə prezident Ottavada Şimali Amerika ölkələrinin liderlərinin sammitində çıxışı zamanı bildirib.
Obama, həmçinin ekoloji təmiz enerji mənbələrinin tətbiq etməyi çağırıb: “Texnologiyalar durmadan inkişaf edir, günəş energetikası, külək enerjisi, hidroenergetika, bioreaktorlar, həmçinin daha əvvəl bizim heç düşünmədiyimiz texnologiyalar yaranır, inkişaf edir”.
Eldar Tanrıverdiyev
AzVision.az