Müəyyən edilib ki, hava limanında “Kalaşnikov”dan atəş açan terrorçu Osman Vadinovdur.
Qeyd edək ki, partlayışları İŞİD üzvü olduğu güman edilən üç şəxs törədib. Onlar partlayışdan 32 gün öncə İstanbula gələrək Fatih bölgəsində ev kirayələyiblər. Terrorçular yerli vaxtla 20:35–də taksiyə minərək hava limanına gediblər.



Xatırladaq ki, bundan əvvəl Türkyə KİV-lərinin yaydığı xəbərə görə, İstanbuldakı terror aktını Tacikistan əsilli terrorçular törədib. Tacikistan əsilli olduqları bildirilən üç terrorçu-kamikadzenin fotoşəkilini “Milliyyət” dərc edib.
İlkin Nəcəfzadə
AzVision.az