`Osman Qazi` açıldı - Avropanın 2-ci ən uzun körpüsü

Ərdoğan bildirib ki, Ramazan bayramının sonuna qədər körpüdən istifadə pulsuz olacaq. Yeni körpünün adı Osmanlı İmperiyasının banisi I Osman Qazinin adını daşıyır.
Qeyd edək ki, körpünün təməli İzmitdə 2013-cü il martın 30-da qoyulub. Körpünün dirəyinin hündürlüyü 252 metr, körpünün eni 39 metr, uzunluğu isə 2682 metrdir. "Osman Qazi" dünyanın ən uzun 4-cü, Avropanın isə 2-ci asma körpüsüdür.
Bu körpünün sayəsində İstanbuldan İzmirə yol 3,5 saat azalacaq.
Layihənin dəyəri 9 milyard dollardır.
Açılış mərasimində nəqliyyat naziri Ziya Məmmədovun başçılığı ilə Azərbaycanın nümayəndə heyəti də iştirak edib. (trend)
AzVision.az