Putin və Olland Qarabağla bağlı razılığa gəldi

AzVision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Vladimir Putin ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkəsinin rəhbəri kimi, Fransa prezidenti Fransua Ollandı Dağlıq Qarabağ münaqiçəsi üzrə Azərbaycan və Ermənistan prezidentləri – İlham Əliyev və Serj Sarkisyanla iyunun 20-də Sankt-Peterburqda keçirilmiş üçtərəfli danışıqlar barədə məlumatlandırıb. Rusiya və Fransa liderləri ümid etdiklərini bildiriblər ki, həmin görüşdə əldə olunan nəticələr sülh prosesinin davam etdirilməsinə kömək edəcək.
Məlumatda qeyd olunur ki, bu istiqamətdə ATƏT-in Minsk Qrupu çərçivəsindəki birgə aktiv fəaliyyəti davam etdirmək lazımdır”.
Prezidentlər digər aktual məsələləri, o cümlədən Ukrayna böhranını müzakirə ediblər. Məlumatda həmçinin, Olland Böyük Britaniyadakı məlum referendumla bağlı Avropa İttifaqında aparılan müzakirələr barədə fikirlərini Putinlə bölüşüb.
Eldar Tanrıverdiyev
AzVision.az