Putinlə Ərdoğan Soçidə görüşə bilər - Peskov

Onun sözlərinə görə, görüşün dəqiq tarixi və yeri hələlik müəyyənləşdirilməyib.
***
11:26
Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş Soçi şəhərində keçirilə bilər.
AzVision.az-ın xəbərinə görə, bu barədə “Kommersant” qəzeti məlumat yayıb. Qəzet qeyd edib ki, görüş avqust ayında baş tuta bilər.
Nəşr iddia edir ki, prezidentlərin görüşü bu gün Soçidə iki ölkənin xarici işlər nazirlərinin görüşünün nəticəsindən asılı olacaq.
Qeyd edək ki, iki ölkə arasında barışıq əldə ediləndən sonra xarici mətbuatda Türkiyə və Rusiya prezidentlərinin 4-5 sentyabr tarixlərində Çində keçiriləcək “G20" sammitində görüşəcəyi bildirilirdi. Lakin tərəflər bu məlumatı təsdiq etməyib.
İlkin Nəcəfzadə
AzVision.az