`Samo` Bako Saakyanı devirməyə hazırlaşır

Bildirilir ki, Babayan birdəfəlik Qarabağda yaşamaq istəyir.
“Qraparak” nəşri yazır ki, Babayan Qarabağda hərbçilər və siyasətçilər arasında böyük nüfuza malikdir.
Nəşrin iddiasına görə, o, qondarma “DQR”da keçiriləcək növbəti “seçkilər”də “prezident” olmaq niyyətindədir. O, Bako Saakyanı devirmək istəyir.
Qeyd olunub ki, Samvel Babayan 2013-cü ildə Ermənistan prezidenti Serj Sarkisyana təqdim etdiyi proqramı yerinə yetirməyə çalışacaq.
Eldar Tanrıverdiyev
AzVision.az