Ölən rus pilotun ailəsinə Türkiyədə ev veriləcək

Ölən rus pilotun ailəsinə Türkiyədə ev veriləcək
  01 İyul 2016    Oxunub:3169
Rusiyaya məxsus “Su-24” hərbi təyyarəsinin həlak olan pilotunun ailəsinə Türkiyənin Antalya şəhərində mənzil verilə bilər.
AzVision.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, belə bir təkliflə Antalyanın Kəmər rayon bələdiyyəsinin sədri Mustafa Gül çıxış edib.

Rusiyanın Antalyadakı baş konsulluğunu ziyarət edən bələdiyyə sədri bildirib ki, Rusiya-Türkiyə əlaqələrinin bərpa edilməsinin hər iki ölkə xalqlarının maraqlarına uyğundur: “Baş konsulluğa gələndə Türkiyənin ən gözəl şirniyyatlarından gətirdim ki, qoy əlaqələrimiz həmişə şirinlik üzərində qurulsun. Əgər təklifimiz qəbul olunsa, ötən il noyabrın 24-də həlak olan rusiyalı pilotun ailəsini mənzillə təmin edəcəyik”.

Qeyd edək ki, Rusiyaya məxsus “Su-24” hərbi təyyarəsi 2015-ci ilin noyabrın 24-də Türkiyə qırıcıları tərəfindən vurulub. Hadisədən dərhal sonra Rusiya-Türkiyə münasibətlərində soyuqluq yaranıb. Son günlər isə iki ölkə arasında yaranan “buzlar” əriməyə başlayıb.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti