Prezident seçkilərinin nəticələri ləğv edildi

Prezident seçkilərinin nəticələri ləğv edildi
  01 İyul 2016    Oxunub:2261
Avstriya Konstitusiya Məhkəməsi mayın 18-də ölkədə keçirilən prezident seçkilərinin ikinci turunun nəticələrini ləğv edib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.
Bununla da Konstitusiya Məhkəməsi Avstriya Azadlıq Partiyasının seçkilərdə baş vermiş pozuntulara dair şikayətini təmin edib.

Prezident seçkilərinin ikinci turunda bir sıra seçki məntəqələrində məktubla səs verən seçicilərin məktublarının vaxtından əvvəl açılması və digər qanun pozuntularını əldə rəhbər tutan Avstriya Azadlıq Partiyası ali məhkəmə orqanına şikayətlə müraciət edib.

Qeyd edək ki, Yaşıllar Partiyasının keçmiş rəhbəri, müstəqil namizəd Aleksandr Van der Bellen 30 min səs çoxluğu ilə Avstriya Azadlıq Partiyasının namizədi Norbert Hofer üzərində qələbə qazanmışdı.

Konstitusiya Məhkəməsinin qərarına əsasən, prezident seçkilərinin ikinci turu bütün ölkə ərazisində təkrarlanmalıdır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti