Nümayişçilər ümid edirlər ki, parlament ölkənin Avropa İttifaqından çıxmasının qarşısını ala bilər.
"Biz Brexitin qarşısını ala bilərik. Brexit qərarını yenidən nəzərdən keçirmək üçün parlamenti lazım gələn hər bir vasitə ilə təmin etməliyik ki, o müdrik qərar qəbul etsin. Necə olsa da hakimiyyət xalqa məxsusdur. Laqeydlik göstərməyib təşkilatlansaq vəziyyəti dəyişdirə bilərik”, - yürüş təşkilatçıları bildiriblər.
Xatırladaq ki, iyunun 23-də keçirilən referendumda Böyük Britaniyada Avropa İttifaqından (Aİ) çıxmağa səs verənlərin sayı çoxluq təşkil edib. Referendumda iştirak edənlərin 51,9 faizi Birləşmiş Krallığın Aİ-ni tərk etməsini istəyib.
Tövsiyə xarakterli bu referendumun nəticələri parlamentin müzakirəsinə çıxarılmalıdır və deputatlar xalqın fikri ilə razılaşmaya bilərlər.
.jpg)
.jpg)
.jpg)
.jpg)
AzVision.az