Rusiyada dəhşətli qəza - 3 azərbaycanlı öldü

Hadisə nəticəsində minik avtomobilində olan 3 Azərbaycan vətəndaşı həlak olub, iki nəfər isə ağır yaralanıb.
"Avtomobilin sürücüsü və sərnişinləri Azərbaycan Respublikasının vətəndaşlarıdır, onlar yalnız bu gün sərhədi keçiblər və Rostov şəhərinə gedirdilər. Hadisə ilə bağlı cinayət işinin qaldırılması məsələsinə baxılır. Araşdırma aparılır"-deyə yol polisi məlumat verib.
AzVision.az