Moskvada erməni təxribatlarına layiqli cavab verildi
.jpg)
E.Quliyevin sözlərinə görə, iqtisadi və mədəniyyət məsələləri üzrə komitələrin iclasında da azərbaycanlı qaçqın, məcburi köçkünlərlə bağlı məsələlər qaldırılıb, habelə oz yaxınlarının məzarını ziyarətə getmək istəyən azərbaycanlıların tutularaq girovluqda saxlanması barədə məlumat verilib.
E.Quliyev əlavə edib ki, sessiyanın yekununda qəbul edilən bəyannaməyə qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasının təmin edilməsi ilə bağlı Azərbaycan nümayəndə heyəti tərəfindən irəli sürülən təklif erməni nümayəndə heyətinin narazılığına baxmayaraq qəbul olunub.
Xatırladaq ki, QDİƏT PA-nın 47-ci sessiyası iyunun 28-30 tarixlərində Rusiyanın paytaxtı Moskvada keçirilib. (APA)
AzVision.az