İstanbul terroruna görə 20 İŞİD-çi həbs edilib

Türkiyə prezidenti bildirib ki, əldə olunan son faktlar İŞİD-in terror aktı ilə əlaqəli olduğunu təsdiqləyir.
Digər məlumata görə, İstanbulun Atatürk hava limanında törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 45 nəfərə çatıb. Hadisə nəticəsində xəsarət almış 4 yaşlı uşaq bu gün xəstəxanada vəfat edib.
Türkiyəni qana bulayan terror aktını törədən üç şəxsdən ikisinin kimliyi rəsmən açıqlanıb. Terrorçuların adı Rakim Bulqaqov və Vadim Osmanovdur. Onların üzərindən Rusiyanın şəxsiyyət vəsiqəsi tapılıb.
AzVision.az
Teqlər: