Keçmiş baş nazir öldü

Keçmiş baş nazir öldü
  03 İyul 2016    Oxunub:2577
Fransanın sabiq baş naziri Mişel Rokar 85 yaşında dünyasını dəyişib.
Rokar paytaxt Paris xəstəxanasında dünyasını dəyişib. Rokarın oğlu Fransis bu barədə açıqlama verib.

Mişel Rokar 1988-1991-ci illərdə ölkənin baş naziri vəzifəsində çalışıb. Həmin dövrdə Fransa prezidenti Fransua Mitteran olub. Mişel Rokar 1998-ci ildə Mitteranı dürüst olmamaqda təqsirləndirmişdi. Bu, iki siyasi lider arasında ziddiyyətin yaranmasına səbəb olmuşdu.

Mişel Rokar Avropa Birliyi tərəfdarı olaraq tanınırdı.

Fransa prezidenti Fransua Oland Rokarın ölümünü Fransa xalqı üçün ağır itki hesab edib. Oland Rokarı solçuların əvəzolunmaz siyasi xadimi adlandırıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti