Azərbaycanın ATƏT PA-da daha bir təklifi qəbul olundu

İclasda iştirak edən Azərbaycan nümayəndə heyətinin təklifi ilə layihəyə bir bənd əlavə olunub.
Azərbaycan Milli Məclisinin deputatı, nümayəndə heyətinin üzvü Kamran Nəbizadə çıxışında deyib ki, beynəlxalq təcrübədə miqrant qadın və uşaqlar əhali qrupunun digər kateqoriyaları ilə eyni hüquqa malikdirlər. Ona görə də onların hüquq və azadlıqlarının qorunması da bu sənəddə əksini tapmalıdır. Milli Məclisin deputatının irəli sürdüyü təklifdə deyilir: “Miqrant qadın və uşaqlar beynəlxalq praktikada və normativ aktlarda eyni hüquqi statusa malikdirlər və hər iki miqrant kateqoriyasının hüquqlarının müdafiəsi, bu əhali kateqoriyası ilə bağlı problemlərin həlli çox vacibdir. Miqrant qadın və uşaqların hüquqları bu sənədin tələblərinə uyğun olaraq qorunmalıdır”.
Deputatın sözlərinə görə, bu düzəliş miqrantlara lazımi diqqətin ayrılmasını təmin edəcək.
Azərbaycanın nümayəndə heyətinin təklif etdiyi düzəliş yekdilliklə qəbul olunub.