Zəvvarları daşıyan avtobus aşdı: 13 ölü

Zəvvarları daşıyan avtobus aşdı: 13 ölü
  04 İyul 2016    Oxunub:2087
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad və Taif şəhərləri arasında avtobus qəzası baş verib.
AzVision.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 13 nəfər həlak olub, 36 nəfər yaralanıb.

İlkin məlumatlara görə, qəza avtobus hərəkət edən zaman ön təkərlərin partlaması səbəbindən baş verib.

Qeyd edək ki, avtobusdakı sərnişinlər müqəddəs torpaqlarda Ümrə ziyarətindən qayıdan misirli zəvvarlar olub. Bildirilir ki, yorulan sürücü bir müddət sonra avtobusun idarə edilməsini oğluna verib. Bir neçə kilometr hərəkət etdikdən sonra avtobus aşıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti