Messi fikrini dəyişdi: Yığmaya qayıdır

Üç dünya çempionatında Messi ilə birgə çıxış edən onun sabiq komanda yoldaşı “Barselona`nın oyunçusu ilə danışdığını və müəyyən fasilədən sonra onun milli komandaya geri qayıdacağını bildirib.
Qeyd edək ki, Amerika Kubokunun iyunun 26-da keçirilən finalında Argentina və Çili yığmaları üz-üzə gəlib. Oyunda hesab açılmadığından qalibi on bir metrlik cərimə zərbələri müəyyənləşib.
Burada isə Çili futbolçuları daha dəqiq olub. Nəticədə Çili yığması Argentinanı 4-2 məğlub edərək dalbadal ikinci dəfə Amerika Kubokunun qalibi olub. Messi penaltini dəqiq yerinə yetirə bilməyib. Bundan sonra Messi Argentina millisində çıxış etməcəyini bəyan etmişdi.
Eldar Tanrıverdiyev
AzVision.az