Mübariz Mənsimovun 18 şirkəti bağlanır

Mübariz Mənsimovun 18 şirkəti bağlanır
  04 İyul 2016    Oxunub:3241
“Palmali” Şirkətlər Qrupu dənizçilik sektorundan başqa, digər bütün sektorlardakı fəaliyyətini dayandırır.
AzVision.az-ın məlumatına görə, bu barədə şirkətin prezidenti Mübariz Mənsimov ANS-ə müsahibəsində bildirib. M.Mənsimov bunun səbəbi kimi qlobal iqtisadi böhranın yaratdığı maddi çətinlikləri göstərib. “Digər sektorlardan çıxmaqda məqsədimiz əsas işimizə (neft daşımaçılığına) nəğd valyuta cəlb edə bilməkdi” – deyə, biznesmen “Palmali”nin kiçilməsinin səbəbini açıqlayıb.

Şirkət prezidenti “Palmali”nin iflas etdiyi barədə iddiaları da cavablayıb. O bildirib ki, belə bir hal mövcud deyil: “Palmali”nin bu gün 18-dən çox sektorda fəaliyyəti var. Sadəcə indi işlərimizi əsasən dənizçiliyə yönəldəcəyik”.

AzVision.az


Teqlər:  





Xəbər lenti