Onun sözərinə görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun səsləndirdiyi fikirlərlə bağlı Rusiya tərəfində rəsmi məlumat mövcud deyil.
“Bu çox mühüm bəyanatdır. Həm siyasi, həm də hərbi planda lazımi qaydada təhlil edilməlidir. Bunu da bizim müvafiq xidmətlərimiz edəcək”.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlamasında rəsmi Ankaranın Rusiyanın İŞİD terror qruplaşmasıyla mübarizə üçün “İncirlik” aviabazasından istifadə edəcəyini istisna etməyib.
İlkin Nəcəfzadə
AzVision.az