`Azərbaycanın güclü aviasiyası var` - Erməni ekspert

`Azərbaycanın güclü aviasiyası var` - Erməni ekspert
  04 İyul 2016    Oxunub:3077
Rusiya ilə Ermənistan arasında birgə Hava Hücumundan Müdafiə (HHM) sisteminin yaradılması ilə bağlı sazişin ratifikasiyası Qarabağda müharibə ehtimalını artırır.
AzVision.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu erməni siyasi ekspert Ara Papyan bildirib.

“Bu saziş Ermənistanın mövqelərini zəiflədir. Azərbaycanın güclü aviasiyası var, lakin dörd günlük müharibə zamanı Azərbaycan aviasiyasından istifadə etmədi. Növbəti dəfə müharibə olacağı təqdirdə Azərbaycan bizim itkiləri artırmaq üçün öz aviasiyasından aktiv şəkildə istifadə edəcək”, - deyə Papyan bildirib.

Qeyd edək ki, iyunun 30-u Ermənistan parlamenti böyük səs çoxluğu ilə Rusiya ilə Ermənistan arasında kollektiv təhlükəsizliyin Qafqazda regional birgə Hava Hücumundan Müdafiə (HHM) sisteminin yaradılması ilə bağlı sazişi ratifikasiya edib.

Ermənistan parlamentində 131 deputatdan 102-i qanun layihəsinin lehinə, 8-i əleyhinə səs verib. Qanun layihəsinin parlamentə təqdim edən Ermənistan müdafiə nazirinin müavini Ara Nazaryan bəyan edib ki, sazişin məqsədi Qafqaz regionunda HHM sisteminin təkmilləşdirilməsidir.

Bununla da Ermənistan və Rusiya Hava Hücumundan Müdafiə sistemlərini birləşdirmiş oldu.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti