`Ermənistana təzyiq göstərilməlidir` - Bundestaqın deputatı

`Ermənistana təzyiq göstərilməlidir` - Bundestaqın deputatı
  05 İyul 2016    Oxunub:1836
Almaniyanın “Südthüringen Kurier” qəzetində “Dağlıq Qarabağ üçün sülh həlli” adlı məqalə dərc edilib.
Məqalədə Almaniya Bundestaqının deputatı Mark Hauptmanın Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair fikirləri yer alıb. Münaqişə tərəflərini sülh yolu ilə həllə sadiq qalmağa çağıran almaniyalı deputat davamlı həll üçün işğala son qoyulmasının vacibliyini qeyd edir: “Ermənistan beynəlxalq hüquqa zidd olaraq işğal etdiyi Dağlıq Qarabağı Azərbaycana geri qaytarmalıdır. Bu haqda hələ 1993-cü ildə ATƏT və BMT-nin Təhlükəsizlik Şurası qərarlar qəbul edib”.

Deputat vurğulayır ki, münaqişənin dondurulması yolverilməzdir. Beynəlxalq birlik işğal altında olan ərazilərin geri qaytarılması üçün Ermənistana təzyiq göstərməlidir. (Azərtac)

AzVision.az


Teqlər:





Xəbər lenti