Lavrov və Nalbandyan Qarabağı müzakirə edib

"Görüş zamanı tərəflər Vyana və Sankt-Peterburq sammitlərində Dağlıq Qarabağ üzrə əldə olunan razılaşmaların həyata keçirilməsi istiqamətində atılan addımları müzakirə ediblər", - məlumatda bildirilib.
Nazirlər həmçinin aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Sergey Lavrov İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) XİN rəhbərlərinin toplantısında iştirak edib.
AzVision.az