Peyğəmbər məscidi yaxınlığında partlayış: 4 ölü, 10 yaralı (Yenilənib)

Peyğəmbər məscidi yaxınlığında partlayış: 4 ölü, 10 yaralı (Yenilənib)
  05 İyul 2016    Oxunub:13795
Səudiyyə Ərəbistanının Əl-Katif şəhərində yerləşən məscidlərdən birində güclü partlayış baş verib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində ölən və yaralananların olduğu deyilir.

İlkin məlumata görə, terrorçu-kamikadze məsciddə özünü partladıb. İnsidentin təfərrüatları barədə hələlik məlumat verilmir.

***

Səudiyyə Ərəbistanının Mədinə şəhərində Peyğəmbər məscidi (əl-Məscid əl-Nəbavi) yaxınlığında güclü partlayış baş verib. Güclü partlayış nəticəsində 2 nəfər ölüb.

İlkin məlumata görə, partlayışa səbəb terrorçu-kamikadze olub.

***

(Saat 23:35)

Səudiyyə Ərəbistanının Mədinə şəhərində Peyğəmbər məscidi yaxınlığında güclü partlayış baş verib.

Bu barədə "Əl-Ərəbiyyə" peyk telekanalı məlumat verib. Məlumatda bildirilir ki, terrorçu-kamikadze kompleksin ərazisinin girişində - nəzarət-buraxılış məntəqəsinin yanında partlayıcı qurğunu işə salıb.

Hadisə nəticəsində 4 nəfər həlak olub, 10 nəfər isə yaralanıb. Zəvvarlar arasında zərərçəkənlərin olmadığı qeyd edilir. Bundan başqa, terror aktı zamanı hadisə yerinin yaxınlığında olan bir neçə avtomobil də yanıb.

Peyğəmbər məscidi Məkkədə müsəlmanların ikinci ən müqəddəs ibadətgahıdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti