Ərdoğanın Putindən üzr istəməsinin 2 mühüm səbəbi

Rusiyanın NTV televiziyasına açıqlama verən Çijov Türkiyənin getdikcə daha çox təcrid edildiyini qeyd edib.
“ABŞ-ın kürd problemində mövqeyi və Almaniyanın “soyqırım” qərarı prezident Ərdoğanı çətin vəziyyətə salmışdı və o, belə addımı atmaq məcburiyyətində qaldı”.
Türkiyə-Rusiya əlaqələrinin tam təmin edilmədiyini deyən Çijov bildirib ki, Ərdoğanın Rusiyadan üzr istəmək qərarını verməsində Türkiyənin getdikicə təcrid edilməsi səbəb olub.
“Ərdoğanın bundan sonra nə edəcəyinə baxaq. Fikrimcə təmkinli olmalıyıq”, -deyə Çijov vurğulayıb.
Aytən Zəhra
AzVision.az