Putin müsəlmanları təbrik etdi

“Bu gün biz Rusiyanın müsəlman ümrəsinin ölkəmizdə tamhüquqlu yaşamasının şahidiyik: məscidlər tikilir, Bolqar islam Universitetinin əsası qoyulub, universitet və mədrəsələr yaradılır, İslam təhsili və müsəlmanların müqəddəs yerlərə səyahətinin təşkili təkmilləşdirilir. MDB ölkələri müftiləri və xarici dini qurumlarla əməkdaşlıq genişləndirilir”, - deyə təbrik məktubunda bildirilir.
Putin müsəlman icmasının millətlərarası və dinlərarası dialoqa verdiyi tövhəni yüksək qiymətləndirib.
Eldar Tanrıverdiyev
AzVision.az