Kadırov Türkiyədə gizlənən terrorçuların adlarını açıqladı

“Əgər Türkiyə hakimiyyətinə terrorçular barədə məlumatlar lazımdırsa, mən onları açıqlayıram. Yazın! Tarxan Qazıyev, Əhməd Umarov, Əhməd Patayev, Şirvani Basayev, Məhran Səidov, Rizvan və Usama Yakubovlar, Aslanbek Vadalov, Movsar Çatayev, Hadi Alasxanov, Rüstəm Naurbayev, Şirvani Basayev, onların ideya rəhbəri Mövladi Uduqov. Onların hamısı Türkiyədədir”, – deyə Kadırov öz `İnstagram` səhifəsində yazıb.
Kadırov bəyan edib ki, o, daha əvvəl Ankaranı çeçen əsilli terrorçuların təhlükəli olması barədə məlumatlandırıb, lakin bunun cavabında ancaq “onların təhvil veriləcəyinə” dair vədlər eşidib:
“Mən Türkiyə və Rusiya arasında əlaqələrin normallaşmasına görə şadam. Dir daha Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan terrorçuların təhvil verilməsinə dair qəbul qərar etməyi xahiş edirəm”.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: