İrəvanda gizli görüş: Rusiyanın Qarabağ planı üzə çıxdı

İrəvanda gizli görüş: Rusiyanın Qarabağ planı üzə çıxdı
  05 İyul 2016    Oxunub:16102
Ötən gün Ermənistanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni rəsmilərlə Dağlıq Qarabağ münaqişəsinə dair qeyri-rəsmi görüşlər keçirib.

AzVision.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.

Nəşr diplomatik mənbələrə istinadən xəbər verir ki, Rusiyanın vasitəçiliyi ilə Qarabağ münaqişəsinin nizamlanması prosesi olduqca aktiv şəkildə, lakin tələskənlik olmadan gedir.

“Rusiya tərəfində Dağlıq Qarabağın özün də daxil olmaqla münaqişənin bütün iştirakçılarının maksimum ağrısız çıxmasına dair anlayış var. Rusiyanın planı Ermənistanla sərhədin Azərbaycanla yanaşı Türkiyə tərəfdən də açılmasını nəzərdə tutur. Bundan əlavə plan Dağlıq Qarabağ ətrafında kommunikasiya xətlərinin açılmasını nəzərdə tutur”, - deyə mənbə bildirib.

Qəzet iddia edir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın məktubundan sonra Rusiya və Türkiyə əlaqələrinin normallaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir edəcək.

Qeyd edək ki, daha əvvəl İrəvanda Rusiya prezidenti Vladimir Putinin münaqişəsinin nizamlannması üzrə planının bəzi detalları açıqlanmışdı.
Plana əsasən Azərbaycanın işğal altında olan beş rayonu azad olunur, Dağlıq Qarabağ davamlı keçid statusu qazanır. Laçın və Kəlbəcərin qaytarılması məsələsi açıq olaraq alır. Azərbaycan tərəfi bu planla razı deyil və ən azı Dağlıq Qarabağın Azərbaycanın tərkibində formal olaraq saxlanılmasını istəyir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti