Erməni əsgərin müəmmalı ölümü

Onların sözlərinə görə, Mxitaryanın qətlə yetirilməsi daha inandırıcı variantdır. Əsgərin yaxınları dövlət qurumlarından Arsen Mxitaryanın ölümün gerçək səbəbinin araşdırılmasını tələb ediblər.
Qeyd edək ki, Arsen Mxitaryan Rusiyanın Armavir şəhərində doğulub. Çağırışa qədər İrəvan Dövlət Tibbi Universitetində oxuyub.
Onun cəsədi iyulun 3-də Ermənistan-Azərbaycan sərhədində yerləşən hərbi hissələrdən aşkarlanıb. Məlumata əsasən erməni hərbçi Arsen Mxitaryan avtomat silahdan açılan atəş nəticəsində ölüb.
Ermənistanın Müdafiə Nazirliyi isə əsgərin ölümünün intihar hadisəsi olduğunu bəyan edib.
Eldar Tanrıverdiyev
AzVision.az