Rusiya Xəzərdə hərbi təlimlərə başladı

AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
“Təlimlərə 20-dən çox hərbi gəmi, həmçinin “Tatarıstan” raket gəmisi, “Uqliç” və “Veliki Ustyuq” kiçik raket gəmiləri, “Volqodonsk” kiçik artilleriya gəmisi, “Stupinets” raket kateri, artilleriya katerləri, reyd, təxribat əleyhinə “P-351”, “Qarçonok” kateri, eləcə də hidroqrafik xidmət və yardımçı donanmanın gəmiləri cəlb edilib”, - məlumatda bildirir.
Heyətlər yüksək hərbi hazırlıq vəziyyətinə gətirilməsinə, eləcə də gəmilərin təcili şəkildə döyüş hazırlığı vəziyyətinə gətirilməsinə dair tapşırıqlar yerinə yetiriblər.
Eldar Tanrıverdiyev
AzVision.az