Obama Trampa `yox` dedi, Klintonu seçdi

O, Hillari Klintona inandığını və onun ABŞ-ın növbəti prezidenti olmasını istədiyini deyib:
“Klinton əla dövlət katibi olub. Bu tək mənim şəxsi fikrim deyil – bu bütün Amerika xalqının mövqeyidir. Onun dövrümdə siyasi maşın irəliləməyə başladı. O çox yaxşı işlər gördü. Klinton Amerikanın gələcəyi üçün çalışacaq”, - deyə Obama əminliyini ifadə edib.
Bundan başqa ABŞ prezidentliyinə Demokratik Partiyasından namizədliyi irəli sürülən Hillari Klinton rəqibini, respublikaçıların namizədi Donald Trampı xeyli qabaqlayıb. “İpsos” şirkəti tərəfindən 1-5 iyul tarixində birgə keçirilmiş sorğuya əsasən, Klinton seçicilərin səsinin 46 faizini, Tramp isə 33 faizini toplaya bilər.
Seçicilərin 22 faizi isə heç bir namizədə səs vermək istəmədiyini bildirib.
AzVision.az