İlham Əliyev polşalı həmkarı ilə görüşəcək

İlham Əliyev polşalı həmkarı ilə görüşəcək
  06 İyul 2016    Oxunub:2477
Azərbaycan prezidenti İlham Əliyev və Polşa prezidenti Ancey Duda Varşavada NATO sammiti çərçivəsində görüşəcəklər.

AzVision.az xəbər verir ki. bunu Polşanın dövlət katibi Kşiştof Şerski deyib. Onun sözlərinə görə, A.Dudanın NATO sammiti çərçivəsində Əfqanıstan, Azərbaycan, Latviya və Ukrayna prezidentləri ilə planlaşdırılmış görüşləri var.

Qeyd edək ki, iyulun 8-9-da Varşavada keçiriləcək NATO sammitində 18 prezident, 21 hökumət başçısı, 41 xarici işlər naziri və 39 müdafiə naziri iştirak edəcək. Sammit üçün 2103 nəfər, NATO-nun 28 ölkəsindən və 26 tərəfdaş ölkədən 65 nümayəndə heyəti, eləcə də BMT, Avropa İttifaqı, Dünya Bankı və NATO qərargahının nümayəndələri qeydiyyatdan keçib.

AzVision.az


Teqlər:  





Xəbər lenti