Azərbaycan hərbi yük təyyarələrinə görə avans ödədi

"On təyyarənin alınması ilə bağlı iki ölkə arasında müqavilə imzalanıb. Həmçinin iyun ayında iki təyyarənin göndərilməsi ilə bağlı avans da ödənilib. Biz Azərbaycan tərəfinə maliyyələşmə üçün minnətdarıq", - deyə G. Zubko qeyd edib.
Xatırladaq ki, "An-178" hərbi yük təyyarəsidir. Hava gəmisi 18 tona qədər yük daşımaq qabiliyyətinə malikdir.
Eldar Tanrıverdiyev
AzVision.az