`Rusiya Avropa üçün təhdiddir` - Obama

“İŞİD tərəfindən törədilən terror aktları NATO ölkələrində, Orlandodan Parisə, Brüsseldən İstanbula qədər günahsız insanların həyatının ölümü ilə nəticələndi. Afrikadan Suriya və Əfqanıstana qədər olan konfliktlər nəticəsində Avropaya miqrantlar axışır. Rusiyanın Ukraynaya qarşı aqressiyası bizim Avropa kimi vahidliyimizə, azad və dincliyimizə təhdiddir. Böyük Britaniyada Avropa İttifaqının tərkibindən çıxmaq barədə referendum nəticələri Avropa inteqrasiyasının gələcəyi haqqında vacib məsələləri gündəmə gətirir”, - deyə Obama qeyd edib.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: