Xəzərin statusu ilə bağlı iş yekunlaşa bilər

Onun sözlərinə görə, kompromisin əldə edilməsi üçün dənizdə tərəflərin fəaliyyətinin əsas prinsiplərini özündə əks etdirən və ölkə liderləri tərəfindən Həştərxanda imzalanmış siyasi bəyanatı mövcuddur:
“İndi əsas məqsəd hüquqi sənədə ümumi yanaşma formalaşdırmaqdır. Bundan çıxış edərək Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın razılaşdırılması Qazaxıstan sammitinə kimi tamamilə realdır”.
İ. Bratçikov əlavə edib ki, gələn həftə Qazaxıstanda toplaşacaq Xəzəryanı ölkələrin xarici işlər nazirləri tərəfindən Konvensiya layihəsi müzakirə ediləcək: “Ümidvarıq ki, nazirlər konkret razılığa gələcəklər və bu razılıq sənəddə öz əksini tapacaq”.
İlkin Nəcəfzadə
AzVision.az